Qurban Qurbanov: Açığı, bunu bilmirdim
20.10.2011 - 23:13
“Açığı, “Simurq”a qarşı keçirəcəyimiz oyunun mənim üçün yubiley xarakterli olduğumu bilmirdim. 100-cü oyunuma çıxacağımı sizdən eşitdim. Mən statistikaya fikir vermirəm, əsas çalışmaqdır. Çalışdıqca, statistika özü formalaşır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssis “Qarabağ”ın baş məşqçisi kimi Zaqatalada 100-cü oyununa çıxacaq. Bu vaxtadək komandanı 99 dəfə meydançaya çıxaran Qurbanov “ikirəqəmlə” doğma Zaqatalada vidalaşacaq.
O bildirib ki, “Simurq”la görüş xüsusi əhəmiyyət kəsb etmir: “Oyunların sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Çünki təcrübə artır. Yubileyin heç bir əhəmiyyəti yoxdur. Hər oyuna qələbə üçün çıxırıq. Bu dəfə də 3 xal qazansaq, pis olmaz”.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu bu gün Zaqatala Olimpiya Kompleksinin stadionunda baş tutacaq.

0
0