“Qarabağ”da daha bir ciddi itki
20.10.2011 - 23:12
“Qarabağ” klubunun daha bir futbolçusu sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı üzvlərindən sayılan Vüqar Nadirov zədələnib.
Azərbaycan yığmasının da şərəfini qoruyan Nadirov “Rəvan”la görüşdən sonra ayağında ağrılar hiss edib. Həkimlər uzunmüddətli zədədən qayıdan Nadirova ən azından 1 həftə dincəlməyi məsləhət görüblər. Odur ki, Vüqar Nadirov Zaqatalada “Simurq”a qarşı keçiriləcək görüşdə forma geyinə bilməyəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov Vüqarla yanaşı, Nedrim Nedzipi, Qara Qarayev və Emin İmaməliyevin də xidmətindən məhrumdur.

0
0