Azərbaycanda 2014-cü il dünya çempionatına baxmaq olmayacaq!?
20.10.2011 - 23:01
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin görüşlərinin başlayacağı vaxt dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, mundialın açılış oyununun start fiti Bakı vaxtı ilə saat 00:00-da veriləcək.
Qrup oyunları isə Bakı vaxtı ilə saat 20:00, 23:00, 02:00 və 05:00, 1/4 və 1/8 final mərhələsinin görüşləri 20:00, 02:00, yarımfinallar 01:00, üçüncü yer uğrunda oyun 01:00, final isə 00:00-da başlayacaq.
Artıq ali futbol qurumu FİFA oyunların vaxtını təsdiqləyib. Təəssüf ki, əksər görüşlər ölkəmizdə gecə saatlarına təsadüf etdiyindən, futbol azarkeşləri həmin qarşılaşmaları izləmək üçün yuxusuz qalmalı olacaqlar.

0
0