DÇ-2014-ün start günü dəqiqləşdi
20.10.2011 - 23:00
DÇ-2014-ün start günü dəqiqləşdi
FİFA 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarının cədvəlini təsdiqləyib. Apasport.az saytının xəbərinə görə, mundialın 64 qarşılaşması 12 şəhərdə baş tutacaq. Açılış oyunu iyunun 12-də San-Paulu, final isə 1950-ci ildə olduğu kimi, Rio-de-Janeyrodakı möhtəşəm “Marakana” stadionunda (13 iyul) baş tutacaq.

Xatırladaq ki, Azərbaycan yığması DÇ-2014-ün seçmə qrup mərhələsində Portuqaliya, Rusiya, İsrail və Lüksemburqla birgə F qrupunda mübarizə aparacaq.