Valeri Lobanovski stadionunda Azərbaycan bayrağı - FOTO
21.10.2011 - 08:44
Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində oynamasa da ölkəmizin bayrağı bu yarışda da dalğalanıb. Apasport.az saytının məlumatına görə, III tur çərçivəsində Kiyevdə keçirilən “Dinamo” (Ukrayna) – “Beşiktaş” (Türkiyə) matçında həmyerlilərimiz də iştirak edib. Əfsanəvi Valeri Lobanovskinin adını daşıyan stadionunda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanıb. 0:1 hesabı ilə uduzan qonaqların tərəfdarları “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını da səsləndiriblər. “Millətimizin başı sağ olsun” plakatını da qaldıran türkiyəlilər bir neçə gün şəhid olan 24 həmyerlilərinin xatirəsini də yad edib.
0
0