Qol şousu və yubiley qələbəsi - YENİLƏNİB
21.10.2011 - 17:53
Bu gün Premyer Liqada X tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Turun 2 əsas matçından biri paytaxtda keçirilib.
Azarkeşlər prinsipial rəqiblər “Bakı” ilə “Xəzər Lənkəran”ın növbəti görüşündə qol şousu izləyiblər. Əvvəl qonaqlar, sonra isə 3 dəqiqəyə 2 qol vuran meydan sahibləri önə keçsələr də, sonda qalib müəyyənləşməyib. 4 qolun vurulduğu matçda rəqiblər hərəyə 1 xal əldə ediblər. Lakin iddialı komandalar təkcə 2 xal itkisi ilə kifayətlənməyib.
Qırmızı vərəqələr üzündən “Bakı” kapitanı Cəmşid Məhərrəmovu, qonaqlar isə ən təcrübəli futbolçusu Alim Qurbanovu itirib. Onlar növbəti oyunda da iş başında olmayacaq.
Texniki zonadan qovulan məşqçi Novruz Əzimov da “Bakı”nın qarşıdakı matçlarını tribunadan izləməli olacaq. Uinston Parksın “Bakı”da ilk dublunu rəsmiləşdirdiyi matç hər 2 komandanın qapıçısının kobud səhvləri ilə yadda qalıb.
Bu matç bitəndən sonra bütün diqqətlər Zaqatalaya yönəlib. Liderlər qrupunda yer alan “Qarabağ” “Simurq”la heç də asan olmayan səfər matçında növbəti qələbəsinə sevinib. Qonaqlara ciddi müqavimət göstərən “Simurq”un müdafiə xəttini Rauf Əliyev yara bilib. Ağdamlıların qazandığı bu vacib 3 xal baş məşqçisi Qurban Qurbanova xüsusi sevinc bəxş edib.
Belə ki, 39 yaşlı çalışdırıcı 4-cü mövsümdür rəhbərlik etdiyi “Qarabağ”la çempionatda yubiley - 50-ci qələbəsini qeyd edib.
“SİMURQ” – “QARABAĞ” - 0:1
QOL: Rauf Əliyev, 63
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin
Zaqataladakı oyunların balansı: 5 oyun: +3=1-1 (topların fərqi – 5-1)
2006/07 mövsümü – 3:0, 2007/08 – 1:0, 2008/09 – 0:0, 2009/10 – 1:0 (təsnifat), 2010/11 – 0:1 (təsnifat)
“BAKI” – “XƏZƏR LƏNKƏRAN” - 2:2
QOLLAR: Uniston Parks, 62; 64 - Eder Bonifim, 25; Deyan Rusiç, 76
QIRMIZI VƏRƏQƏLƏR: Cəmşid Məhərrəmov, 72 (Bakı), Alim Qurbanov, 90+4 (Xəzər Lənkəran)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
Bakıdakı oyunların balansı: 9 oyun: +3=4-2 (topların fərqi – 8-7)
2004/05 mövsümü – 2:0, 2005/06 – 1:1, 2006/07 – 1:0, 2007/08 – 2:2, 2008/09 – 0:0, 2009/10 – 0:3 (təsnifat), 1:0 (“altılıq”), 2010/11 – 1:1 (təsnifat), 0:0 (“altılıq”)
Bombardirlər: Sergey Artux (Turan), Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") – 4.

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Xəzər Lənkəran | 10 | 7 | 2 | 1 | 16-7 | 23 |
| 2 | Qarabağ | 9 | 5 | 2 | 2 | 11-6 | 17 |
| 3 | İnter | 9 | 5 | 2 | 2 | 7-5 | 17 |
| 4 | Bakı | 10 | 4 | 4 | 2 | 11-8 | 16 |
| 5 | Neftçi | 8 | 5 | 0 | 3 | 11-6 | 15 |
| 6 | Qəbələ | 9 | 4 | 2 | 3 | 11-10 | 14 |
| 7 | Kəpəz | 9 | 3 | 2 | 4 | 14-15 | 11 |
| 8 | Rəvan | 9 | 2 | 4 | 3 | 11-12 | 10 |
| 9 | AZAL | 9 | 2 | 4 | 3 | 10-12 | 10 |
| 10 | Simurq | 10 | 2 | 2 | 5 | 7-12 | 8 |
| 11 | Turan | 9 | 2 | 1 | 6 | 7-13 | 7 |
| 12 | Sumqayıt Şəhər | 9 | 0 | 3 | 6 | 3-13 | 3 |

0
0