UEFA-dan ermənilərə rədd cavabı
21.10.2011 - 10:44
UEFA-dan ermənilərə rədd cavabı
UEFA Ermənistana rədd cavabı verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bədnam qonşularımızın yığmasının qapıçısı Roman Berezovskinin qırmızı vərəqəsini ləğv etməkdən imtina edib. Bu haqda Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan məlumat verib.

Söhbət Ermənistan millisinin Avro-2012-in seçmə mərhələsində İrlandiyaya 1:2 hesabı ilə uduzduğu son oyunundan gedir. Berezovski Dublindəki matçın 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoydu. İspan baş hakim İtturalde Qonsalesin qərarı qapıçının cərimə meydanından kənarda əllə oynadığına görə idi. Ermənistan Futbol Federasiyası UEFA-dan qərara yenidən baxmağı xahiş edərək, onun dəyişilməyini gözləyirdi.