Belçika futbolçuları “Qarabağ”ı xatırlatdı
21.10.2011 - 10:52
Belçika futbolçuları “Qarabağ”ı xatırlatdı
Avroliqanın qrup mərhələsinin III turundan sonra Belçikada “Qarabağ”ı xatırlayıblar. Apasport.az saytının məlumatına görə, buna İngiltərə “Birminhem”i ilə qarşılaşmada 1:2 hesabı ilə uduzan “Brügge” səbəb olub.

Belə ki, ölkəsinin ən güclü klublarından sayılan komanda cari mövsümdə yalnız 2-ci dəfə yenilib. 2011/12 mövsümündəki bütün yarışlarda üst-üstə 18 matç keçirən “Brügge” indiyədək yalnız “Qarabağ”a uduzmuşdu.

Bu da avqustun 4-də Bakıda keçirilən matçda baş vermişdi. Səfərdə 1:4 hesabı ilə darmadağın olan təmsilçimiz öz meydanında 1:0 hesabına sevinsə də, III təsnifat mərhələsini keçə bilməmişdi. İngiltərəli futbolçuların “Brügge”nin 14 matçlıq məğlubiyyətsizliyinə son qoyması üzündən belçikalılar “Qarabağ”ı xatrılayıb.