Yığmamız Almaniyaya 5 legionerlə gedir
21.10.2011 - 11:36
Yığmamız Almaniyaya 5 legionerlə gedir
Azərbaycan milli komandasının (U-21) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippert noyabrın 7-dən 15-dək Almaniyanın Duysburq şəhərində keçiriləcək toplanışda güvənəcəyi futbolçuları müəyyənləşdirib. Almaniyalı baş məşqçi yığmaya 21 oyunçu çağırıb ki, bunlardan 5-i ölkə xaricində legioner həyatı yaşayanlardır.

Bunlar Səlahət Ağayev (İnter), Osman Umarov (Qarabağ), Emil Balayev (Sumqayıt Şəhər), Qara Qarayev (Qarabağ), Novruz Məmmədov (Bakı), Bədavi Hüseynov (Sumqayıt Şəhər), Tərlan Quliyev (Neftçi), Ruslan Tağızadə (Sumqayıt Şəhər), Şamil Qurbanov (Volqa, Rusiya), Hacı Əhmədov (Sumqayıt Şəhər), Əli Gökdəmir (Hannover 96, Almaniya), Rəhman Hacıyev (Bakı), Mirhüseyn Seyidov (Neftçi), Emin Mustafayev (Sumqayıt Şəhər), Cavid İmamverdiyev (Neftçi), Araz Abdullayev (Neftçi), Amit Quluzadə (Kayseri Erciyyesspor, Türkiyə), Asif Mirili (İnter), Tural İsgəndərov (Qarabağ), Rizvan Umarov (Deportivo Castellon, İspaniya) və Cihan Özkaradır (Sivasspor, Tükiyə).