Sinan Bolat Məsut Özili xəyanətkar saydı
21.10.2011 - 11:51
Türkiyə yığmasında rəsmi debütünü Azərbaycanla oyunda reallaşdıran qapıçı Sinan Bolat maraqlı açıqlamalarla yadda qalıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”da ilk rəsmi matçına oktyabrın 11-də millimizə “Türk Telekom Arena”da 1:0 hesabı ilə qalib gəldikləri oyunda çıxan “Standard”ın legioneri Belçika mətbuatına açıqlamasında həmyerlilərini kəskin tənqid edib.
Belə ki, Sinan Almaniya millisinə üstünlük verən Məsut Özül başda olmaqla, digər qürbətçiləri Türkiyəyə xəyanətdə günahlandırıb: “Türk olmaqdan qürur dururam. Belçika pasportum olsa da, könlüm Türkiyədədir. Mənim kimi Avropada oynayan çox qürbətçi futbolçu var. Hamısı Türkiyəyə könül versə, böyük yerlərə çıxarıq. Amma təəssüf ki, Türkiyəni seçmirlər. Mən bunu xəyanət kimi görürəm”.
Qeyd edək ki, Bolat Türkiyə yığmasının əsas qapıçısı Volkan Dəmirəl zədə üzündən millimizlə oyundan kənarda qaldığına görə “çərçivə”də yer aldı.

0
0