Elvin Əliyev: Məni döyənləri tapmışam - MÜSAHİBƏ
21.10.2011 - 12:00
“Bakı” klubunun müdafiəçisi Elvin Əliyev apasport.az saytına müsahibə verib. O, “Neftçi” ilə oyundan sonra döyülməsi faktı, “ağ-qaralar”ın bazasında olması və bu olayla bağlı maraqlı fikirlər səsləndirib.
- Sizin döyülməyinizdən sonra AFFA günahkarları cəzalandırmaq məqsədilə “Neftçi” klubuna məktub göndərmişdi. Yekun hadisələrlə bağlı sizə hansısa məlumat verilibmi?
- Xeyr, bununla bağlı mənə heç bir söz deyilməyib.
- “Neftçi” bu məsələdə son durumu araşdırıb, klubunuza müraciət ünvanlayıbmı?
- Kluba nəsə məlumat daxil olsaydı, bilərdim. Bəlkə də klub rəsmiləri arasında son söhbət olub, amma mənim xəbərim yoxdur.
- Belə çıxır ki, günahkarlar hələ də cəzasını almayıb...
- Bilmirəm. Başımı salmışam aşağı, məşqə gedirəm, evə gəlirəm.
- Bəs niyə məsələnin sonuna qədər getmədiniz?
- Mən onları Allaha tapşırmışam.
- Belə çıxır ki, hələ də sizi döyənləri tanımırsınız...
- Əlbəttə ki, tanıyıram.
- Onlar “Neftçi” rəsmiləri idi?
- (duruxur). Yox-yox, onlar deyil. Kim olduqlarını bilməsəm də, üzdən tanımışam. Sizin və ya bütün Azərbaycanın tanıyacağı qədər məşhur adamlar deyil.
- Hadisə günü demişdiniz ki, hər şey bir göz qırpımında baş verdi. Necə oldu ki, sonradan onları tanıdınız. Bəlkə həmin adamlarla yenə görüşmüsünüz?
- Biz o vaxt “Neftçi”nin bazasına getmişdik. Amma bu söhbətlər keçmişdə qalıb, açıb-ağartmaq istəmirəm.
- Niyə bu məsələyə səthi yanaşırsınız?
- Bəs nə edim? Burada 2 yol var. Ya keçməlisən, unutmalısan, ya da düşmən olmalısan. Heç kimlə düşmən olmaq istəmirəm, olanları unutmağa çalışıram.
- “Neftçi”nin bazasına kiminlə getmisiniz?
- Mənə bu və digər məsələlərdə hər zaman dəstək verən Zeynal Məmmədovla birlikdə.
- Hadisə ilə bağlı çox sərt danışmışdınız. Sizi “Neftçi”nin bazasında necə qarşıladılar?
- Onlar da istəməzdi ki, belə bir hadisə baş versin.
- Oyunun gedişində sizinlə söz savaşına çıxan Mirhüseyn Seyidov da görüşün iştirakçısı idi?
- Bəli, həmin görüşdə Mirhüseyn vardı. Amma söhbət klub rəhbərləri arasında oldu.
- Necə fikirləşirsiniz, AFFA, PFL və ya “Neftçi” klubu bu məsələdə hansısa ciddi mövqe ortaya qoydumu?
- Onlar mənə hər hansı bir mövqe bildirməyiblər. Yəqin ki, hələ araşdırma gedir.
- Atanız Füzuli Əliyev də vaxtilə futbol adamı olub. Onun məsələyə münasibəti necə oldu?
- Sözsüz ki, bir ata kimi çox üzüldü ki. Atamla danışdım, dedim ki, hadisədir, olub. Kişinin başına iş gələr. Atam da dedi ki, nəsə başqa iş görməklə, zamanı qaytarmaq olmaz.
- Hadisədən sonra ürəyində “Neftçi”yə qarşı nəsə kin varmı?
- Xeyr. Vaxtilə “Neftçi” klubunun formasını geyinmişəm. Sadəcə, hadisədə onların adı hallandı.
- Özünüz də qeyd etmişdiniz ki, bu, beynəlxalq miqyasda Azərbaycan futbolunun adına ləkə gətirən hadisədir. Bu tip hadisələrin təkrarlanmamağı üçün nə tövsiyə edərsiniz?
- Mən sözümün üstündə yenə dururam. Hər şey insanların özündən asılıdır. İnsanlar öz hisslərini cilovlamalıdır. İnsanlar özlərini belə işlərdən qorumalıdırlar.
- Belə hadisəylə yenidən üzləşəcəyinizdən çəkinmirsiniz?
- Şükür Allaha heç nədən çəkinməmişəm.

0
0