Belçika yığması millimizə qarşı 18 futbolçu çıxaracaq
21.10.2011 - 12:41
Belçika yığması millimizə qarşı 18 futbolçu çıxaracaq
Belçika milli komandasının (U-17) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan belçikalılar Xorvatiyadakı turnirə 18 oyunçu ilə qatılacaq.

Baş məşqçi Patrik Klinkenberq Ukrayna, Xorvatiya və Azərbaycanla matçlarda əsasən yerli oyunçulara güvənəcək. Lakin o, Fransa klubunda çıxış edən 1 futbolçuya da dəvət göndərib: Yoren Dehond (Leuven), Leander Dendonker (Anderlext), Tuur Dierks (Brügge), Korentin Fiore (Standard), Cessi Qalvez Lopez (Şarlerua), Piter Gerkens (Genk), Qaetan Hendrik (Genk), Reda Yaadi (Standard), Sebastyan Losinyo (Standard), Deni Miloşevic (Standard), Divok Origi (Lill, Fransa), Tom Paque (Brügge), Erivelton Paulo Da Silva (Genk), Lukas Pirar (Standard), Antoni Rivituso (Anderlext), Benni Rogiest (Gent), Siebe Şriyvers (Genk), Bencamin Van Den Akerveken (Standard).