“Mənim yığmadan getmək fikrim olmayıb” - MÜSAHİBƏ
21.10.2011 - 15:55
19 yaşlılardan ibarət Azərbaycan yığmasının və İspaniyanın “Deportivo Castellon” klubunun futbolçusu Rizvan Umarovun apasport.az saytına müsahibəsi
- Azərbaycan yığmasına dəvət almağın necə baş verdi?
- Mən Sankt-Peterburq şəhərinin “Zenit” klubunda çıxış edirdim. Düzünü desəm, məni hansı oyunda və kimin bəyəndiyindən xəbərim yox idi. Sonradan AFFA-dan mənimlə maraqlandılar. Təklif irəli sürdülər ki, Azərbaycan yığmasında çıxış edim. Mən də razılaşdım.
- Tərəddüd etmədin ki?
- Xeyr. Azərbaycan yığmasında çıxış etmək mənim üçün xoşdur. Razıyam ki, mənə Azərbaycan millisində çıxış etmək şansı yaradıldı. Ötən ildən U-19-da çıxış edirəm.
- Komandada səni necə qarşıladılar?
- Çox yaxşı. İstər məşqçi heyəti, istərsə də futbolçular xoş münasibət göstərdilər. Komandaya alışmaq çətin olmadı.
- Rusiyada təşkil edilən Valentin Qranatkin adına kubokda çıxış etdiniz. Bu, turnir barədə nə deyə bilərsən?
- Səviyyəli turnir idi. Orada yaxşı təsir bağışladıq. Daha yaxşı nəticə də göstərə bilərdik. 7-ci yer uğrunda oyunda İtaliyaya penaltilər seriyasında qalib gəldik. Əslində, bu görüş bizim üçün həm də Avropa çempionatının seçmə mərhələsindəki rəqiblə oynamaq baxımından əhəmiyyətli idi.
- Bu ay U-19 Avropa çempionatının seçmə mərhələsində çıxış etdi...
- Çoxları bizim komandaya ümid etmirdilər. Rəqiblərin güclü olduğunu əsas gətirirdilər. Ancaq biz özümüzə inanırdıq. İlk görüşdə meydan sahibləri ilə qarşılaşdıq. İsveçlə oyun çox maraqlı alındı. Sonda biz özümüzə lazım olan qolu vuraraq qalib gələ bildik. Təəssüf ki, ikinci görüşdə Rumıniyaya məğlub olduq.
- Son turda İtaliya ilə matçda bizə növbəti mərhələyə çıxmaq üçün heç-heçə də bəs edirdi. Oyun da kifayət qədər gərgin alındı...
- Biz özümüzə inanırdıq. Təəssüf ki, görüşün əvvəlində qırmızı vərəqə alaraq azlıqda qaldıq. Qapıçımız Orxan Sadıqlı meydandan qovuldu. İtalyanlar penaltidən hesabı açandan sonra da təslim olmadıq. Onlarla artıq bir dəfə qarşılaşmışdıq və inanırdıq ki, istədiyimiz nəticəni qazana bilərik. Sonradan hesabı bərabərləşdirdik. Bizə bu heç-heçəni qorumaq lazım idi. Son saniyələrə qədər bu vəzifənin öhdəsindən gəlirdik. Lakin bacarmadıq. Azlıqda oynamaq çox çətindir. İstəyimizə çatmaq üçün bir qədər əzmkarlıq və bir az da hiyləgərlik lazım idi. Təəssüf ki, arzumuzu reallığa çevirə bilmədik.
- Hazırda İspaniyada çıxış edirsən. Necə oldu ki, “Deportivo Castellon”a keçdin?
- Bu ilin aprelində U-19 İtaliyada təşkil edilən “Sardiniya kuboku”nda çıxış edirdi. Biz onda “Barselona” ilə qarşılaşdıq. Düzdür, 2:4 hesabı ilə məğlub olduq. Orada məni menecerlər bəyəndilər. Sonradan “Deportivo Castellon”a dəvət etdilər.
- Bu klubla müqavilənin müddəti nə qədərdir?
- 2012-ci ilin mayın 30-dək.
- Yeni klubunda işlərin necədir?
- Burada futbol oynamaq üçün hər cür şərait var. Fərq barədə danışmaq artıq olardı. Burada “artırmaq”, inkişaf etmək üçün əla şərait yaradılıb. Məşqlər yüksək səviyyədə keçir. Meydanların vəziyyəti isə idealdır.
- Yeni komandanda debüt etmisənmi?
- Hələ yox. Həftəsonu oyun var. Ola bilər ki, orada çıxış edim.
- İspaniyada dil problemi ilə üzləşirsənmi?
- Bəli. İspan dilini bilmirəm. Yavaş-yavaş öyrənməyə çalışıram.
- Yeni klubunda məqsədin nədir?
- İlk növbədə çıxış etdiyim oyunlarda klubuma maksimum xeyir vermək və qələbələr qazanmaq. Eyni zamanda öz üzərimdə daha çox işləyərək səviyyəmi artırmağa çalışacağam. “Deportivo Castellon”dan bir tramplin kimi istifadə edib daha böyük klublarda oynamaq arzumu reallığa çevirmək niyyətindəyəm. Bir də ki, Azərbaycanın əsas yığmasında oynamaq istəyirəm.
- İspaniya mətbuatında yayılan məlumata görə, siz bundan sonra yığmamızda yox, Rusiya millisində oynayacaqsınız. Agentiniz Antonio Lopes belə bir açıqlama verib...
- Bu, doğru deyil. Mənim yığmadan getmək fikrim olmayıb.

0
0