“Real”ın futbolçuları meydana qara sarğıda çıxacaqlar
21.10.2011 - 15:28
“Real”ın türkiyəli futbolçuları “Malaqa” ilə matça qara sarğı ilə çıxacaqlar. Apasport.az saytının məlumatına görə, bu barədə “Kral klubu”nun yarımmüdafiəçisi Məsut Özil açıqlamanı verib.
Almaniya milli komandasının şərəfini qoruyan futbolçu bunu PKK terrorçularının Hakkarinin Çukurca rayonunda polis və jandarma binalarına hücumu zamanı şəhid olanların ruhuna ithaf etdiyini bildirib.
Əslən Zonquldağdan olan Özil 24 əsgərin dünyasını dəyişdiyi üçün Türkiyəyə və şəhidlərin ailələrinə başsağlığı da göndərib: “Mən türkəm və hər zaman elə qalacağam! Həftəsonu oynayacağımız oyunda türk futbolçular olaraq, qolumuzda qara sarğı ilə oynayacağıq”.
Məsut bildirib ki, artıq “Real”ın baş məşqçisi Joze Mourinyo ilə görüşüb icazə alıb: “Komandamızın digər türk futbolçuları Həmit Altıntop və Nuri Şahin də görüşdə forma geyinərlərsə, onlar da qara sarğı ilə meydana girəcəklər”.
İspaniya Primerosunda “Valensiya”nın şərəfini qoruyan Məhmət Topal da həmyerliləri kimi qara sarğı ilə oynayacaq: “Şəhidlərimizin ailələrinə allahdan səbir diləyirəm. Növbəti turda matça terrorla bağlı olaraq 1 dəqiqəlik sükutla başlamağımız üçün baş məşqçimizlə görüşdüm. Mən də oyuna qara sarğıda çıxacağam. Primerodakı türk qardaşlarımın da eyni addımı atacağından xəbərdaram. Vətənimiz sağ olsun!”.
Qeyd edək ki, “Real” “Malaqa” ilə sabah, “Valensiya” ilə Bilbao “Atletiko”su ilə oktyabrın 23-də oynayacaq.

0
0