“Qəbələ”yə lazım olmayan futbolçu Rayan Giqqzlə bir arada
21.10.2011 - 15:42
“Qəbələ”yə lazım olmayan futbolçu Rayan Giqqzlə bir arada
“Qəbələ”nin sabiq futbolçusu Terri Kuk Böyük Britaniyada fərqləndirilib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı ingilis yarımmüdafiəçi Mançester şəhərinin nəhəng komandaları – “Mançester Yunayted” və “Mançester Siti”də oynamış 10 futbolçu arasında yer alıb.

Kuka Rayan Giqqz, Andrey Kançelskis, Endi Koul, Ouen Harqrivz, Peter Şmeyhel kimi məşhurlar arasında yer verilib: “Terri “Mançester Yunayted”ə Hari Nevill, Pol Skoulz, Devid Bekhem kimi futbolçularla birgə gəlsə də, həm zədələr, həm də güclü rəqabət onun yüksəlməyinə imkan vermədi. Nəticədə Terri “Mançester Yunayted”də cəmi 8 oyun keçirdi. Orada 5 ildən sonra – 1999-da Mançester şəhərinin digər təmsilçisinə keçdi. Kuk “Mançester Siti” ilə II divizionda iştirak edib və pley-offda oyun sonrası penaltilərlə qalib olub. Buradan gedişindən sonra “Qrimsbki” və “Şeffild Uensdey”də çıxış edib, ardından 4 ili Amerikada keçirib. O, 2005-09-cu illərdə “Kolorado”da oynayıb. Kuk son mövsümü isə Azərbaycanda, Toni Adamsın rəhbərlik etdiyi “Qəbələ”də keçirib”.

Qeyd edək ki, ABŞ-da yaşayan Terri Premyer Liqamızda 12 oyunda 1 qol vurub. “Qəbələ” ötən mövsümün ortasında ağır zədələnən, ardından əməliyyat olunaraq, bir daha meydana çıxmayan təcrübəli futbolçu ilə başa çatan müqaviləni uzatmadı.