AZAL-ın “tapıntısı” ilk qolunu əvəzedicilərə vurdu
21.10.2011 - 16:05
AZAL-ın “tapıntısı” ilk qolunu əvəzedicilərə vurdu
Premyer Liqanın əvəzedici komandalarının çempionatının X turunda 2-ci oyun gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, AZAL “Rəvan”a böyük hesabla qalib gəlib – 4:0. Qolları Orxan Səfiyaroğlu, (19-cu dəqiqə), Elmin Çobanov, (50), Elgün Abbaslı, (60) və Bronislav Arseniyeviç (74) vurub.

Sonuncu mövsümlərarası fasilədə transfer edilən bosniyalı legionerdir. AZAL Arseniyeviçin hazırlığından narazı olaraq, onu əvəzedici heyətə göndərib. Müdafiəçi orada fərqlənməklə, ölkəmizdə ilk qolunu vurub.
Qeyd edək ki, bu gün keçirilən ilk oyunda lider “Neftçi” “Kəpəz”ə səfərdə 2:3 hesabı ilə uduzdu. AZAL bu qələbədən sonra 3-cü pilləyə yüksələrək, “Neftçi” ilə xal fərqini 3-ə endirdi. Tura sabah “İnter” – “Qəbələ” və “Turan” – “Sumqayıt Şəhər” oyunları ilə yekun vurulacaq.