Mirça Rednik: Bəzi futbolçular elə bilirlər ki, artıq çempionuq
21.10.2011 - 16:35
“Bakı” ilə görüşdəki heç-heçəyə görə həm sevinirəm, həm də üzülürəm. Sevinirəm ki, 1 xal qazandıq. Eyni zamanda, 2 xal itirdiyimizə üzülürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Premyer Liqanın X turunun “Bakı” ilə görüşü haqda fikirlərini açıqlayıb. Rednik xal itkisini (2:2) futbolçuların məsuliyyətsizliyi ilə izah edib: “Oyun öz əlimizdə idi. Amma bəzi futbolçularımız işlərinə daha ciddi, məsuliyyətlə yanaşmalıdır. Bir az xal fərqi yaranan kimi elə bilirlər ki, artıq çempionuq. Əslində, belə deyil. Hələ çox işləməliyik”.
Rednik “Bakı”nın vurduğu bərabərlik qolunda Kamran Ağayevin kobud səhvinə də münasibət bildirib: “Kamran komandanın kapitanı və Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Qol epizdounda yol verdiyi səhv ona yaraşmadı. Ancaq bu səhvə görə Kamranın qarşıdakı oyunlarda oynayıb-oynamayacağını indidən deyə bilmərəm”.

0
0