“Qəbələ” ilk növbədə sürətli futbol oynayır”
21.10.2011 - 17:40
“Qəbələ” ilk növbədə sürətli futbol oynayır”
“Son matçlarda “Xəzər-Lənkəran” və “Neftçi” kimi komandalara qalib gəlmək bizə müyəssər oldu və çox istərdim ki, bu xoş qələbə seriyasını “Qəbələ” ilə matçda da davam etdirək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in gənc futbolçusu Elnur Abdulov deyib.

Oyuna ciddi hazırlaşdıqlarını deyən yarımmüdafiəçi onları çətin 90 dəqiqə gözlədiyini bildirib: “Rəqibin gücünü bilirik və qarşılaşmaya diqqətlə hazırlaşırıq. “Qəbələ” ilk növbədə fiziki hərəkətlərə istinadən baxımlı və sürətli futbol oynayır və bizə çox çətin olacaq. Lakin “İnter”in də üstünlükləri var və biz bunlardan istifadə etməyə çalışacağıq”.