Penaltilər günü
23.10.2011 - 19:50
Penaltilər günü
Bu gün Premyer Liqada X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə də 2 qarşılaşma baş tutub.

Bir gün əvvəl olduğu kimi yenə matçların biri paytaxtda, digəri əyalətdə keçirilib. Baş tutan 2 matçda 3 qol vurulub ki, bunları hamısı penalti zərbələrindən gerçəkləşib.

“Turan” Sergey Artyuxun sayəsində qələbə həsrətinə son qoyub. Komandasını 5 oyunluq uğursuzluq zolağından çıxaran ukraynalı 5-ci qolla bombardirlər yarışının zirvəsinə yüksəlib. “Sumqayıt Şəhər” isə Premyer Liqada qələbə həsrətinə yenə son qoya bilməyib.

2-ci yerə yüksəlmək üçün “Şəfa”da gerçəkləşən matçda da hər 2 qol penaltidən vurulub. Əvvəl “İnter”, sonra isə “Qəbələ” 11 metrlik nöqtədən dəqiq olublar. Bu bakılıların 2 günlük fasilədən sonra 2-ci pilləni qaytarmasına kifayət edib.

21 oktyabr

“SİMURQ” – “QARABAĞ” - 0:1
QOL: Rauf Əliyev, 63
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin
Zaqataladakı oyunların balansı: 5 oyun: +3=1-1 (topların fərqi – 5-1)
2006/07 mövsümü – 3:0, 2007/08 – 1:0, 2008/09 – 0:0, 2009/10 – 1:0 (təsnifat), 2010/11 – 0:1 (təsnifat)

“BAKI” – “XƏZƏR LƏNKƏRAN” - 2:2
QOLLAR: Uniston Parks, 62; 64 - Eder Bonifim, 25; Deyan Rusiç, 76
QIRMIZI VƏRƏQƏLƏR: Cəmşid Məhərrəmov, 72 (Bakı), Alim Qurbanov, 90+4 (Xəzər Lənkəran)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
Bakıdakı oyunların balansı: 9 oyun: +3=4-2 (topların fərqi – 8-7)
2004/05 mövsümü – 2:0, 2005/06 – 1:1, 2006/07 – 1:0, 2007/08 – 2:2, 2008/09 – 0:0, 2009/10 – 0:3 (təsnifat), 1:0 (“altılıq”), 2010/11 – 1:1 (təsnifat), 0:0 (“altılıq”)

22 oktyabr

AZAL – “RƏVAN” - 1:2
QOLLAR: Elşən Məmmədov, 35 - Miloş Zeçeviç, 27; Ekrem Hodziç, 88
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov
Bakı. "AZAL Arena" stadionu
Komandalar ilk dəfə görüşürlər
ltılıq”)

“KƏPƏZ” – “NEFTÇİ” - 1:1
QOLLAR: Milan Antiç, 20 - Fərid Quliyev, 47
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu
Gəncədəki oyunların balansı: 15 oyun: 8=2-5 (topların fərqi 17-17)
1992 – 1:0, 1993 – 2:0, 1993/94 – 3:0 (texniki qələbə), 1994/95 – 2:1, 1995/96 – 0:0 (təsnifat), 1996/97 – 1:1, 1997/98 – 2:0, 1998/99 – 2:0 (təsnifat), 1:0 (“altılıq”), 1999/00 – 1:0, 2000/01 – 1:3, 2003/04 – 1:2, 2004/05 – 0:1, 2005/06 – 0:5, 2010/11 – 0:4
Qeyd: 1995/96 mövsümün “altılığ”ında bütün oyunlar Bakıda keçirildiyindən, “Kəpəz”in 2:1 hesablı ev qələbəsini nəzərə almamışıq.

23 oktyabr

“Turan” – “Sumqayıt Şəhər” - 1:0
QOL: Sergey Artyux, 30 (p.)
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov
Tovuz. Şəhər stadionu.
Komandalar ilk dəfə görüşürlər

“İnter” – “Qəbələ” - 1:1
QOLLAR: Danildo Assioli, 20 (p.) - Deon Barton, 59 (p.)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev
Bakı. "Şəfa" stadionu.
Bakıdakı oyunların balansı: 6 oyun: +4=2-0 (topların fərqi - 14-4)
2006/07 mövsümü – 2:0, 2007/08 – 4:0, 2008/09 – 1:1, 2009/10 – 3:2 (təsnifat), 4:1 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat)

 4KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1072116-723
2İnter105328-618
3Qarabağ952211-617
4Neftçi951312-716
5Bakı1044211-816
6Qəbələ1043312-1115
7Rəvan1034313-1313
8Kəpəz1033415-1612
9Turan103168-1310
10AZAL1024411-1410
11Simurq102257-128
12Sumqayıt Şəhər100373-143


Bombardirlər: Sergey Artyux (Turan) - 5, Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") – 4.