Böyükağa Hacıyev: Deməzdim ki, “Neftçi” 1 xal qazandı və ya 2 xal itirdi
22.10.2011 - 16:50
“Gəncədəki oyunun çətin olacağını əvvəlcədən bilirdik. “Kəpəz” yaxşı komandadır və evdə xüsusilə xoş təsir bağışlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, Premyer Liqanın X turunun “Kəpəz”lə səfər oyunu haqda fikirlərini açıqlayıb. Hacıyev çempionun növbəti 2 xal itirməsini itki saymaqda da çətinlik çəkir: “1-ci hissədə hücumların təşkilində çətinlik çəkirdik. Rəqib isə əks-hücumların birində qol vurdu. Fasilədən sonra 2-ci hücumçunu meydana buraxıb oyunda dönüş yaratdıq. Fərid Quliyev meydana daxil olub hesabı bərabərləşdirdi. Deməzdim ki, komandamın 1 xal qazanıb və ya 2 xal itirib”.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0