“Rednikin yerində olsam, Kamrana cəza verərəm”
22.10.2011 - 19:28
“Rednikin yerində olsam, Kamrana cəza verərəm”
Premyer Liqanın X turunda keçirilən “Bakı” – “Xəzər Lənkəran” matçı məhsuldarlığı ilə yanaşı, qapıçıların kobud səhvlər ilə də yadda qaldı. Əsasən də, cənub təmsilçisi hesabda öndə olduğu bir vaxtda komandanın qapıçısı Kamran Ağayevin uşaq səhvindən sonra “Bakı” Uinston Parksın sayəsində bərabərlik topunu vurdu.

Apasport.az saytı facebook səhifəsində oxucularına məhz bu sualla müraciət edib: “Bakı” ilə oyunda kobud səhvə yol verən Kamran Ağayevə “Xəzər Lənkəran” rəhbərliyi hansı cəzanı verməlidir?

Orxan Novruzov: Cəza verilməməlidir, hər bir oyunçu səhv edə bilər.

Rovshan Aliyev: Kamranı kapitan sarğısından məhrum etmək lazım idi, hələ “Bakı” ilə kubokun finalında buraxdığı kuryoz qoldan sonra. Kapitan işinə belə qeyri-ciddi yanaşanda, digərlərindən nə tələb edəsən? Budurmu nümunə? Meydanda Parksla “mırt” vurmaq yox, onun komandası üzərində qələbə qazanmaq lazımdır.

Orik Huseynov: Olan seydir.

Abulfaz Axmed Xan-li: Əvvəl Fərhadla rəqabət aparırdı deyə, Kamran yaxşı oynayırdı, həm klubda, həm də millidə. Amma indi rəqabət yoxdur, Kamran fikirləşir ki, onsuzda mən olacam. Rednikin yerində olsam, Kamrana cəza verərəm. Bu hal təkrarlansa, onu əvəzedici heyətə göndərərdim.

Elvin Rustemov: Kamran papağını qabağına qoyub yaxşı-yaxşı düşünməlidir. Komanda peşəkar addım atmaq istəyirsə, öncə qapıçını ilk “11-lik”dən məhrum etməlidir. Bəlkə o zaman belə səhvlər etməmək üçün öz üzərində çalışdı.

Xeyal Yehyayev: Kamran belə səhvlər etməzdi, bu, hər oyunçunun başına gələn işdir.