Azərbaycan məşqçiləri: “Bayer”dən “Arsenala”dək
22.10.2011 - 23:02
Beynəlxalq futbol qurumları son illər Azərbaycana diqqətlərini artırırlar. Apasport.az saytının məlumatına görə, Mişel Platininin ölkəmizə səfəri, eyni zamanda qadınlar arasında dünya çempionatının Bakıda keçirilməsinə müsbət yanaşma və təsdiq bunu söyləməyə əsas verir.
Bu il tarixdə ilk dəfə olaraq, UEFA-nın Pro kateqoriyalı kursları paytaxtımızda təşkil olunur. 4 mərhələdən ibarət olacaq kursun 2 mərhələsi artıq geridə qalıb. Azərbaycanda Pro almaq istəyənlərin qarşısına belə bir şərt qoyulub ki, seminar dönəmində mütləq iki əcnəbi klubun düşərgəsində təcrübə xarakterli səfərdə olmalısınız.
Artıq məşqçilərin bir qismi öz tədbirlərini görüblər. 11 nəfər mütəxəssisdən bir qismi gedəcəyi yeri bəlli etsə də, digərləri hələ də variant axtarır. Maraqlı olacağını nəzərə alıb, məşqçilərimizin hara gedəcəyini sizə təqdim edirik.
1. Vladislav Qədirov (“Rəvan” klubunun baş məşqçisi): Gənc mütəxəssis Rusiyanın “Anji” klubu ilə danışıb. Amma klubda qarışıq dönəm olduğuna görə, Qədirovun Mahaçqalaya səfəri baş tutmayacaq. Buna rəğmən, Avropa çempionu ilk təcrübəsini Rusiya klublarının birində keçəcək. İkinci məkan isə məşhur “Qalatasaray”dır. Qədirov Fatih Terimin görüşünə gələn ilin əvvəlində yollanacaq.
2. Şahin Diniyev (Azərbaycan millisinin sabiq baş məşqçisi, işsiz) O, hər iki məkanı konkretləşdirib. Diniyev bu ay “Dinamo” (Kiyev), dekabrda isə sabiq klubu “Terek”in (Rusiya) düşərgəsində olacaq.
3. Arif Əsədov (“Neftçi”nin sabiq baş məşqçisi, işsiz). Bacanağı Şahin Diniyev kimi, Arif Əsədovun da ilk ünvanı Kiyevdir. O, ikinci təcrübəni Türkiyədə reallaşdıracaq. Komandanı isə hələ dəqiqləşdirməyib.
4. Qurban Qurbanov (“Qarabağ” klubunun baş məşqçisi): Qurbanov artıq “Borussiya”nın (Dortmund) düşərgəsinə getməklə bu sahədə ilk addımı atıb. Gənc çalışdırıcı “Barselona”ya baş çəkməklə, bu yolda ümumi maneyəni aşacaq.
5. Yüksəl Köpoğlu (“Bakı”nın aşağı yaş qrupları üzrə komandalarının rəhbəri): Türkiyəli mütəxəssis oktyabrın 29-da İtaliyaya yollanacaq. Futbol ölkəsində onun üçün “Macron” şirkəti klub tapacaq. Köpoğlu ikinci praktikasını İngiltərənin məşhur “Arsenal” klubunda reallaşdıracaq.
6. Cüneyt Biçer (“Xəzər Lənkəran” klubunun idman direktoru): Biçer öncə ölkəsi Türkiyəyə yollanacaq. Üç böyüklərdən birinin düşərgəsində olacaq, Biçer ikinci təcrübəsini gələn ilin əvvəlində Avropa qitəsində keçəcək.
7. Yaşar Vahabzadə (Azərbaycan millisinin məşqçisi): Veteran yarımmüdafiəçi çox güman ki, Almaniyaya səfər edəcək. O, məşhur “Bayer”in (Leverkuzen) məşqlərində iştirak etməyi qarşısına məqsəd qoyub. İkinci variant isə hələ seçilməyib.
8. Babək Alxasov (Milli komandanın məşqçisi): Alxasovun marşrutu Yaşar Vahabzadə ilə eyni olacaq. O da Almaniyaya yollanacaq.
9. Nazim Süleymanov (Veteran hücumçu, AZAL-ın sabiq baş məşqçisi): Rusiyadan yeni qayıdan mütəxəssis kurslarda iştirak etsə də, hələ də məkanı konkretləşdirməyib. Amma ilkin ehtimala görə, Süleymanov Fransaya səfər edəcək. Millimizin sabiq kapitanı “Bordo” və ya “Lion”un məşqlərinə qatılıb, onların təcrübəsindən yararlana bilər.
“Onbirliy”i tamamlayan digər iki mütəxəssis – aşağı yaş qrupu üzrə milli komandalarımızın məşqçiləri Vəli Qasımov və Təbriz Həsənov isə, çox güman ki, AFFA tərəfindən kurslara göndəriləcəklər.
Qeyd edək ki, Pro dünya miqyasında məşqçilik lisenziyasının ən yüksək pilləsi sayılır.

0
0