Rauf Əliyev: Digər kluba keçməkdənsə, “Qarabağ”da qalmaq daha yaxşıdır
22.10.2011 - 23:01
“Qarabağ” mənim karyeramda ilk peşəkar klubdur. Burada oynamaq, mübarizə aparmaq xoşdur. Klubla Azərbaycan Kubokunu qazanmışam, Avropada oynamışam. Fikrimcə, Ağdam klubu inkişafımda böyük rol oynayıb”.
Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun və Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyev deyib.
Əliyev “Qarabağ” klubunun aşağı yaş qrupunda yetişib. O, hazırkı klubunu heç bir digər Azərbaycan təmsilçisinə dəyişmək istəmədiyini bildirib: “Digər kluba keçməkdənsə, “Qarabağ”da qalmaq daha yaxşıdır. Hələ iki il buradayam. Əgər qismət olsa, ölkə xaricində oynayacağam. Bunun nə vaxt baş tutacağını bilmirəm. Açığı, hələ belə bir perspektiv yoxdur”.
Qeyd edək ki, Rauf Əliyev “Qarabağ”ın “Simurq”u məğlub etdiyi oyunda yeganə qolun müəllifi olub.

0
0