Mövsümdə hamıdan gec və ya 157 gün sonra
23.10.2011 - 10:02
Premyer Liqanın X turu “Neftçi”nin mövsümdə ilk heç-heçəsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin rəhbərliyi altında keçirdiyi əvvəlki görüşlərdə bərabərliyə imza atmayan bakılılar 9-cu matçda 1 xala sevinib. Premyer Liqanın cari mövsümündə hamıdan gec ilk heç-heçəsini edən “Neftçi” sonuncu dəfə ötən çempionatın 32-ci turunda “sülh”lə ayrılmışdı. Bu, mayın 18-də “Xəzər Lənkəran”la Bakıdakı oyunda gerçəkləşib -1:1. Paytaxt təmsilçisi növbəti heç-heçəsini 157 gündən sonra edib.
Qeyd edək ki, “Neftçi” “Kəpəz”lə Gəncdə heç-heçə edib – 1:1.
Qeyd edək ki, “Neftçi” “Kəpəz”lə Gəncdə heç-heçə edib – 1:1.
0
0