“Simurq”da 4 yubilley
23.10.2011 - 11:47
“Simurq”da 4 yubilley
Premyer Liqanın X turunun “Qarabağ”la oyunu “Simurq” üçün birdən-birə 4 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, öz meydanında 0:1 hesabı ilə uduzan Zaqatala təmsilçisi qeyd etdiyi yubileylərin sevincini yaşaya bilməyib.

2006/07 mövsümündən güclülər dəstəsində çıxış edən “Simjuurq” bu matçadək elitada 149 oyun keçirmişdi. Yubiley – 150-ci matçında uduzan zaqatalalılar yenilgi sayını 61-ə çatdırıb. “Simurq” 150 oyunda 48 qələbə qazanmaqla yanaşı 41 heç-heçəyə də nail olub. 150 matçdakı top fərqi 155:177-dir.

Ümumilikdə 150-ci oyun həm də evdə 75-ci qarşılaşma olub. Öz meydanında 27 qələbə və 23 heç-heçəsi olan zaqatalalılar 25-ci dəfə uduzub. Yubiley məğlubiyyəti evdə 75-ci qolun buraxılması ilə də əlamətdar olub. Komandanın top fərqi indi 83:75-dir.