Vaqif Cavadov: Mən onlarla razı deyiləm
23.10.2011 - 13:13
“Məncə cərimə meydanındakı mübahisəli epizodda Kudryaşov qaydanı pozmuşdu. Bunu hər kəs gördü. O, arxadan topa oynaya bilməzdi. Həmin epizod hakimin vicdanında qaldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadov deyib.
Yığmadan imtina etdiyi üçün 1 illik cəzalanan 22 yaşlı hücumçu çıxış etdiyi Rusiya “Volqa”sının növbəti məğlubiyyətinə bəhanə tapıb. O, Premyer Liqanın “Krasnodar”la görüşündəki 0:2 hesablı məğlubiyyətin günahını hakimin boynuna atır: “Pis oynadığımızı deyənlərlə razı deyiləm. İlk qol hakim səhvi idi. İkinci isə biz irəli atılanda vuruldu. Təsəvvür edin ki, ilk qol olmasaydı, hakim penalti versəydi oyun tam başqa cür olardı. Uduzsaq da həyat davam edir yenə çalışırıq. İndi nəhənglərlə oyunlara hazırlaşırıq. Özü də ciddi hazırlaşacağıq. İnanıram ki mövsümdə ən yaxşı oyunlarımız olacaq”.

0
0