Azərbaycan çempionatında yeni rekord
23.10.2011 - 16:26
Azərbaycan çempionatında yeni rekord
Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda VII tura yekun vurulub. Apasport.az saytıın məlumatına görə, turun son 2 matçı böyük hesablı nəticələrlə əlamətdar olub. “Bakılı” isə aşağı dəstədə mövsümün rekorduna - ən böyük hesablı qələbəsinə imza atıb. Paytaxt təmsilçisi evdə “Muğan”ı 7 qola “qonaq edib”. Bununla da elə eyni rəqibə 6 qol vuran “Karvan”ın rekordunu yeniləyib. “Bakılı”nın 7 qolundan 4-nə uzun illər Premyer Liqada çıxış etmiş Ramin Nəsibov vurub.

"Bakılı" - "Muğan" - 7:0
Təhmuraz Rzayev, 10; Aslan Hüseynov, 31; Ramin Nəsibov, 52; 62; 83; 87; Babək Nəbiyev, 75
"Qaradağ Lökbatan" - "Göyəzən" - 3:0
Eldəniz Orucov, 26; Rüfət Musayev, 54; Tofiq Qədimov, 76

1 Karvan 7 7 0 0 23-5 21
2 Qaradağ Lökbatan 6 5 1 0 12-3 16
3 Neftçala 7 4 3 0 13-5 15
4 Lokomotiv 6 4 0 2 8-6 12
5 MKT Araz 7 4 0 3 13-13 12
6 MOİK 7 3 2 2 11-11 11
7 Bakılı 6 3 1 2 14-6 10
8 Həkəri 6 2 2 2 5-8 8
9 Şəmkir 7 2 1 4 10-8 7
10 Energetik 6 2 1 3 4-9 7
11 Tərəqqi 7 2 0 5 7-10 6
12 Şahdağ 6 2 0 4 6-9 6
13 Göyəzən 7 1 1 5 4-15 4
14 Şuşa 6 1 0 5 2-6 3
15 Muğan 7 1 0 6 4-22 3