Toni Adams: “İnter”in çempion olmaq üçün çox yaxşı şansları var
23.10.2011 - 20:41
Toni Adams: “İnter”in çempion olmaq üçün çox yaxşı şansları var

“Rəqibin oyunu xoşuma gəldi, çox güclü komandaya qarşı oynadıq. “İnter”in çempion olmaq üçün çox yaxşı şansları var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis Premyer Liqanın X turunun “İnter”lə görüşü haqda fikirlərini açıqlayıb: “Ehtiyat oyunçular skamyasının “qısa” olduğunu nəzərə alsaq, bugünkü nəticədən razı qaldım. Bir neçə futbolçumuz oyuna zədəli çıxmışdı. Komandaya göstərdiyi oyuna görə təşəkkür edirəm”.

Qeyd edək ki, “İnter” – “Qəbələ” matçı 1:1 hesabı ilə başa çatıb.