Oyuna görə olan hesab
23.10.2011 - 20:45
Oyuna görə olan hesab
“Toni Adams çox yaxşı komanda formalaşdırıb, “Qəbələ”nin özünəməxsus oyun tərzi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Premyer Liqanın X turunun “Qəbələ” ilə oyununu dəyərləndirib: “Rəqibimiz həm fiziki, həm də taktiki cəhətdən güclü idi. Komandamız rəqiblə mübarizə apardı. Oyuna yaxşı başladıq, hesabı açdıqdan sonra daha ehtiyatlı oynamağa başladıq. Oyunda uğurlu əvəzetmələr etdik. Fikrimcə, hesab oyuna görə oldu”.

Qeyd edək ki, “Şəfa”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.