Mahir Şükürovun təəssüfü: O zərbə dirəyə dəyməsəydi...
23.10.2011 - 23:00
“Yaxşı oyun oldu. Hər 2 komanda sürətli futbol nümayiş etdirdi”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Mahir Şükürov deyib.
Əyalət təmsilçisi Premyer Liqanın X turu çərçivəsində “İnter”in qonağı olsu. “Şəfa” stadionunda keçirilən görüşdən (1:1) sonra Şükürov bildirib ki, komandasının məqsədi meydandan ən azından 1 xalla ayrılmaq idi: “Matçın çətin keçəcəyini bilirdik. Bu səbəbdən bütün gücümüzü ortaya qoyduq. Məqsədimiz qələbə qazanmaq idi. Ən pis halda heç-heçə etməliydik”.
Mahirin sözlərinə görə, oyundan 3 xalla ayrılmaq üçün yaxşı şansları olub: “Bizim qol vəziyyətlərimiz rəqibdən daha çox oldu. Deon Bartonun zərbəsi dirəyə dəyməsəydi, 2:1 hesablı qələbəni bayram edirdik. Hər halda, səfərdə oynamağımızın müqabilində bir xalı da normal sayıram”.

0
0