“İnter”in daha da irəlilə getməsinə imkan verə bilməzdik”
23.10.2011 - 23:02
“İnter”in daha da irəlilə getməsinə imkan verə bilməzdik”
“Bakıya xal dalınca gəlmişdik. Hesabda geri düşməyimizə rəğmən, sonda istədiyimiz nəticəni əldə etdiyimizə görə çox şadam”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov deyib.

Premyer Liqanın X turunda səfərdə “İnter”lə heç-heçə edən (1:1) əyalət təmsilçisi rəqibin 2 oyunluq qələbə seriyasını qırıb. 23 yaşlı müdafiəçi deyib ki, “bankirlər” güclü rəqib olduqlarını son turlarda “Xəzər Lənkəran” və “Neftçi”yə qalib gəlməklə sübut etmişdilər: “Rəqibimiz ötən turlarda vacib qələbələr qazandı. Bu oyunda “İnter”in daha da irəlilə getməsinə imkan verə bilməzdik”.