Ağayevin seriyasını lider qırdı
23.10.2011 - 23:09
Rusiya çempionatının II divizionunda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Dqdizel” klubu Cənub zonasında 25-ci turun matçına çıxıb.
Kaspiysk təmsilçisi səfərdə yarışın lideri Armavir “Torpedo”su ilə görüşüb. İyulun 20-də keçirilən 13-cü turun “Dinamo” (Stavropol) ilə oyunundan sonra məğlubiyyət acısı dadmayan “Daqdizel”in uğurlu seriyasına da lider son qoyub. Ardıcıl 11 matçda məğlub olmayan Ağayevin komandası bu dəfə 1:2 hesabı ilə yenilib.
Stavropollulara öz meydanında 0:1 hesabı ilə uduzan “Daqdizel”in səfərdə 7 matçlıq məğlubiyyətsizlik seriyası da qırılıb. Ağayevin komandası rəqib meydanında sonuncu dəfə iyunun 12-də “Mitos”a 2:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, 25 iyunda 39 xal toplayan kaspiyskililər 7-ci pillədə qərarlaşıb.

- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0