Petar Zlatinov: Əsas odur ki, uduzmayaq - MÜSAHİBƏ
23.10.2011 - 23:05
Premyer Liqanın X turunda “İnter” öz meydanında “Qəbələ” ilə qarşılaşdı. 1:1 hesablı heç-heçədən sonra meydan sahiblərinin bolqarıstanlı legioneri Petar Zlatinov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Matç barəsində fikirlərinizi bilmək maraqlı olardı...
- Nə deyə bilərəm? Çətin oyun oldu. Belə olacağını bilirdik. Yarış cədvəlində mövqeyimizi daha möhkəmləndirmək üçün bizə qalib gəlmək lazım idi. Üstəlik, bu tur xal itirmiş “Xəzər Lənkəran”a bir qədər də yaxınlaşacaqdıq.
- Bunu gerçəkləşdirməyə sizə nə mane oldu?
- Sadəcə, alınmadı. Hər halda, tamaşaçılar gözəl oyun seyr etdilər. Qol vurduq, hesabda önə keçdik. 2-ci hissədə bir az nəzarəti itirdik. Rəqib də bundan yararlandı. Çalışacağıq ki, gələcək görüşlərdə belə səhvləri təkrarlamayaq.
- Hər halda, qələbə qazansaydınız, ardıcıl 3-cü iddialı rəqibə zərbə vurmuş olacaqdınız...
- Bu, əla olardı. Amma nə etmək olar? Futbolda belə hallar olur. Əsas odur ki, uduzmayaq. İndi məğlubiyyətsiz oyunlar seriyasını davam etdiririk. Çalışacağıq ki, gələcək matçlarda mühüm xallar toplayaq, belə gözəl oyun göstərək.
- Yəni, komandanız çempion olsun..
- Problem yoxdur. Düzü, çempionluq mübarizəsinə hələ var. Əsas odur ki, liderliyimizi qoruyaq. 90 dəqiqədə yüksək səviyyədə futbol oynayaq. Belədə, xallar qazanmaq da rahat olacaq.
Kamran HACI

0
0