Valeri Abramidzedən “Barselona” nümunəsi
23.10.2011 - 23:29
“Gərgin qarşılaşma oldu. Nəticə oyuna görə idi. Təəssüf ki, heç nədən rəqibə penalti qazandırdıq”. Bunu apasport.az saytına “İnter”in futbolçusu Valeri Abramidze deyib.
Son turlarda “Xəzər Lənkəran” və “Neftçi” kimi klubları məğlub edən “bankirlər”in gürcüstanlı müdafiəçisinin sözlərinə görə, hər oyunda qalib gəlmək mümkün deyil: “Heç “Barselona” da bütün görüşlərdə 3 xal qazana bilmir. Elə olur, udursan, elə də olur, uduzursan. Gözləmədiyimiz matçlarda qələbə qazandıq. Amma elə görüşlər də vardı ki, qələbəni gözləyirdik. Lakin sonda bunu əldən buraxırıq”.
Qeyd edək ki, Premyer Liqanın X turunda “İnter” öz meydanında “Qəbələ” ilə heç-heçə edib – 1:1.

0
0