Vaqif Cavadov qol vurmur, ən yaxşı sayılır
24.10.2011 - 09:09
Azərbaycan milli komandasından imtina edən futbolçu Vaqif Cavadovun Rusiyanın “Volqa” klubunda son oyunu yaxşı qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu Premyer Liqanın XXVIII turunda evdə “Krasnodar”a 0:2 hesabı ilə uduzduqları oyunda Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzetindən 5,5 bal alıb. Vaqif 65-ci dəqiqədə, hesabda 0:1 geridə olduqları zamanı meydana daxil olub və hələ də komandasında qol hesabını aça bilməyib. Rus həmkarlarımız isə uduzan “Volqa”da ən yüksək qiymət kimi 5,5-i seçiblər və buna layiq gördükləri 6 futbolçudan 1-i məhz Cavadov olub.
Qeyd edək ki, Vaqif millimizin Avstriya ilə evdəki rəsmi oyunundan sonra əvəzlənməyinə etiraz əlaməti olaraq düşərgəni özbaşına tərk etdiyinə görə AFFA İntizam Komitəsinin 1 illik cəzasına məruz qalıb.

0
0