Ferqyuson “Mançester Yunayted”də belə şey görməmişdi
24.10.2011 - 09:48
“Mançester Yunayted”in İngiltərə Premyer Liqasının son turunda evdə həmşəhərliləri “Mançester Siti”dən aldığı 1:6 hesablı məğlubiyyət tarixində ən ağır nəticələrdən oldu. Apasport.az saytının məlumatına görə, dünyanın ən varlı komandası 56 ildir belə uduzmurdu. “Mançester Yunayted” sonuncu dəfə evdə 1955-ci ildə belə böyük hesabla məğlub olmuşdu. Mançester təmsilçisi qapısından 6 topu 1930-cu ildən bu yana buraxmırdı. Aleks Ferqyusonun 1986-cı ildən komandanın baş məşqçisi olduğunu nəzərə alsaq, oktyabrın 23-də qeydə alınan nəticə ən böyük hesablı oldu.
Qeyd edək ki, “Mançester Yunayted” ən böyük uğurlarını son 25 ildə 69 yaşlı bu mütəxəssislə qazanıb.
Qeyd edək ki, “Mançester Yunayted” ən böyük uğurlarını son 25 ildə 69 yaşlı bu mütəxəssislə qazanıb.
0
0