Vüqar Nadirov “Neftçi” ilə oyunun hazırlığına qatıldı
24.10.2011 - 10:14
Vüqar Nadirov “Neftçi” ilə oyunun hazırlığına qatıldı
“Qarabağ” Premyer Liqanın I turundan təxirə salınmış “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 21-də Zaqatalada “Simurq”la qarşılaşan Ağdam təmsilçisi Bakıya qayıdan kimi ilk məşqə çıxıb.

Oyunun ertəsi gün baş tutan çalışma bərpaedici xarakter daşıyıbsa, Qurban Qurbanovun yetirmələri dünən 90 dəqiqəlik məşq keçib. Sabah “Neftçi”nin qonağı olacaq “Qarabağ” bu gün 1 saatlıq məşqlə hazırlığını tamamlayacaq. “Simurq”la oyunda zədə səbəbindən oyuna çıxmayan Qara Qarayev qarşıdakı matçda oynamağa hazırdır. Eyni səbəbdən Zaqatalaya aparılmayan Vüqar Nadirov və Nderim Nedzipi də artıq komandayla məşqə çıxır.