Elmar Baxşıyev “Neftçi”dən niyə uzaqlaşdırılıb?
24.10.2011 - 10:54
“Neftçi” daha bir futbolçusunu heyətindən kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, Cavid Hüseynov və Cavid İmamverdiyevin ardınca digər yarımmüdafiəçi Elmar Baxşıyev də əvəzedici komandaya göndərilib.
Ancaq gənc həmkarlarından fərqli, təcrübəli futbolçu bunu qəbul etməyib. Əvəzedici heyətdə oynamaq istəməyən 31 yaşlı Baxşıyevin ümumiyyətlə, kənarlaşdırılmağı qərara alınıb.
Qeyd edək ki, 2008-ci ilin yayından “Neftçi”də çıxış edən, hətta bir ara kapitan olan Elmar hələ sabiq baş məşqçi Arif Əsədovun dövründə əsas heyətdə yerini itirmişdi. O, hazırkı çalışdırıcı Böyükağa Hacıyevin vaxtında da daim ehtiyatda qalır. Baxşıyev cari mövsümdə ilk dövrə sona çatmaq üzrə olsa da, hələ ki debüt etməyib.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0