“Hamıya şans verildi, məndən başqa”
24.10.2011 - 12:25
“Neftçi” klubundan ayrılan Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi
- “Neftçi”dən ayrılmağınızla bağlı xəbərlər yayılıb...
- Od olmazsa, tüstü çıxmaz. Yayılan xəbərlər doğrudur.
- Onsuz da uzun müddət idi oynamırdınız. Bu, sizə necə təsir edirdi?
- Əlbəttə ki, oynamamaq mənə çox pis təsir göstərirdi. İnşallah, qışa kimi gözləyib, davamının yaxşı olacağına ümid bəsləmək məcburiyyətindəyəm.
- Komandadan ayrılmağınızın əsas səbəbi nədir?
- Tam səbəbini özümdə bilmirəm.
- Bəs bu qərar hansı şəraitdə baş tutdu?
- Oynamamağımla əlaqədardır.
- Bu gedişin kökündə baş məşqçi Böyükağa Hacıyev dayanmır ki?
- Düzü, məşqçilərin qərarı ilə məni əvəzedici heyətə göndərirdilər. Amma mənim o yaşım deyil ki, gedib əvəzedicilərdə oynayım.
- Vaxtilə zədədən əziyyət çəkirdiniz. Sonra zədənizi bərpa edib, qayıtdınız. Bəs niyə sizə şans vermədilər?
- Bunun səbəbini bilmirəm. Çünki şans vermək mənə yox, məşqçiyə aid məsələdir.
- Məşqçilər korpusunun qərarından sonra rəhbərliklə görüşdünüzmü?
- Xeyr. Rəhbərliklə görüşməyə ehtiyac duymadım.
- Bəs getmək qərarınızı kimə açıqladınız?
- Baş məşqçi Böyükağa Hacıyevə.
- O, sizi fikrinizdən daşındırmaq üçün hansısa addımı atmadımı?
- Yox.
- Klubla rəsmi müqavilənin müddəti nə qədərdir?
- Sözsüz ki, qışa qədər klubsuz qalacağam. Səbr edib, başqa klubdan gələn dəvətləri nəzərdən keçirəcəyəm. “Neftçi” ilə müqaviləm müddətim isə cari çempionatın sonunda başa çatacaq. Amma inanmıram ki, qışda başqa kluba keçidimə mane olsunlar.
- Bu qərarınızda başqa klubdan gələn dəvət hansısa rol oynayıbmı?
- Düzü, çempionat başlanmazdan öncə bir neçə klubdan dəvət almışdım. Amma indiki gedişimin hər hansı bir dəvətlə əlaqəsi yoxdur.
- Onsuz da oynamırdınız, niyə həmin vaxt komandanı tərk etmədiniz?
- Sözsüz ki, mən başqa dəvətlərlə bağlı klubu məlumatlandırmışdım. Onlar gedişimi istəmədilər. Dedilər ki, şans veriləcək. Təəssüf ki, çempionatın gedişində hamıya şans verildi, məndən başqa.
- Baş məşqçi Böyükağa Hacıyevin gəlişindən sonra sizə münasibət dəyişdi, yoxsa hazırkı münasibət əvvəlcədən var idi?
- Düzü, qarşılıqlı münasibətdə heç bir problemim olmayıb. Klubun prezidenti Sadıq Sadıqov həmişə mənə diqqət və qayğı göstərib. Artıq düşərgədə olmasam da, onunla yaxşı münasibətim var. Mən heç kimdən inciməmişəm.

0
0