Böyükağa Hacıyev: “Neftçi”də əvəzolunmaz futbolçu yoxdur
24.10.2011 - 12:42
Böyükağa Hacıyev: “Neftçi”də əvəzolunmaz futbolçu yoxdur
"Kəpəz" ilə qarşılaşmadan öncə oyun praktikasını artırmaq üçün qərara aldıq ki, Elmar Baxşiyevi əvəzedici heyətə göndərək. Amma futbolçu əvəzedici heyətdə nəinki oynamaq istəmədi, məşq prosesinə qatılmaqdan da imtina etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Klubun rəsmi saytına açıqlama verən mütəxəssis komandanın təcrübəli futbolçusu Elmar Baxşıyevin paytaxt təmsilçisindən kənarlaşdırılmasının səbəbini izah edib: "Neftçi" klubunda əvəzolunmaz futbolçu yoxdur. Biz də öz işimizdə hər zaman nizam-intizam məsələlərini daha üstün tuturuq. Ona görə də Elmar Baxşiyevin cəzalandırılması ilə bağlı klub rəhbərliyinə müraciət etdim. Klubun daxili intizam kodeksinə əsasən Elmar Baxşiyev cəzalandırıldı".