Sadıq Sadıqov: Bizə məşqçilərin sözünü yerə salan futbolçu lazım deyil
24.10.2011 - 12:49
“Elmar Baxşıyev artıq komandamızdan uzaqlaşıb. Bildiyiniz kimi, o, bizimlə yeni müqavilə imzalamışdı. Amma hələ sabiq baş məşqçimiz Arif Əsədovun vaxtında oyunlara çox gec-gec çıxırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
4-cü mövsümdür “ağ-qaralar”ın futbolçusu olan Elmar Baxşıyevin gedişini öz istəyi ilə əlaqələndirən komanda rəhbəri 31 yaşlı yarımmüdafiəçinin əvəzedici heyətdə oynamaqdan imtinasını düzgün saymır: “Məşqçilər heyətinin qərarı ilə Elmar əvəzedici heyətə göndərildi. O isə bundan imtina edib və məşqçilər korpusunun qərarı ilə əsas heyətdən kənarlaşdırılıb. Futbolçunun əsas, yoxsa əvəzedici heyətdə oynamağını məşqçilər korpusu müəyyənləşdirir. Elmar da deyib ki, əvəzedici heyətə getmirəm, məşqlərə də gəlməyəcəyəm. Bizə məşqçilər korpusunun sözünü yerə salan futbolçu lazım deyil. Mən də belə vəziyyətdə məşqçinin, kollektivin tərəfini tutaram. Elmar öz arzusu ilə gedib. Qardaş, özü uzaqlaşan futbolçunu zorla gətirib, oynadası deyilik ki?”
Sadıqovun fikrincə, yaşından asılı olmayaraq peşəkar futbolçu məşqçinin tapşırığına əməl etməlidir: “Ad çəkməyəcəyim başqa klubları nəzərə alsaq, hansı futbolçuları əvəzedici heyətdə oynatdıqları göz qabağındadır. Yəqin ki, bizim futbolçuların heç biri onlardan artıq deyil. Rəhbərliyin sözünə hörmətlə yanaşmaq lazımdır. Yoxsa getmirəm, oynamıram, bu, ərköyünlükdür. Ərköyünlüyün də axırı olmur, qardaşım”.
Sadıqov Baxşıyevlə görüşməyə lüzum görmür: “Mən ölkə kənarda idim, 4 gündür Bakıdayam. Hər gün bazada, məşqlərdə futbolçularla görüşürəm. Elmarın fikri olsaydı, 4 gündə gəlib, mənimlə görüşərdi. Bundan sonra mənimlə görüşüb, nə olacaq ki? 3-4 gündür məşqlərdə olmursa, bundan sonra mənimlə görüşüb, nə qərar çıxara bilərəm?”
Qeyd edək ki, “Neftçi” bir vaxtlar Elmara kapitanlıq sarğısını daşımağı etibar etmişdi.
Mehman SÜLEYMANOV

0
0