Milli komandamızın Xorvatiya sınağı
24.10.2011 - 13:17
Milli komandamızın Xorvatiya sınağı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bəzi qruplardan fərqli, Azərbaycan yığmasının mübarizə aparacağı VII qrupun oyunlarını isə sabah start götürəcək.

Təbriz Həsənovun yetirmələri Xorvatiyada meydan sahibləri, Ukrayna və Belçika ilə mübarizə aparacaq. İlk oyununu elə xorvatiyalılara qarşı keçirəcək yığmamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün ilk 2 yerdən birini tutmalıdır.

Düzdür, 3-cü yerlə də II seçmə mərhələyə yüksəlmək mümkündür. Lakin bunun üçün digər 12 qrupda 3-cü olanlarla müqayisəyə ehtiyac olacaq. Belə ki, 13 qrupun hərəsindən 2, həmçinin 2 ən yaxşı 3-cü növbəti mərhələyə yüksələcək.

25 oktyabr

18:30. Xorvatiya – Azərbaycan
Baş hakim: Andris Treymanis (Latviya)
Rovinj, Valbruna stadionu

27 oktyabr

18:30. Belçika – Azərbaycan
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Umaq, Qradski stadionu

30 oktyabr

18:30. Azərbaycan – Ukrayna
Baş hakim: Andris Treymanis (Latviya)
Poreç, Veli Joze stadionu

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.