Tarixi derbidə qələbənin önəmi, yaxud liderlə xal fərqini azaltmaq şansı
24.10.2011 - 17:36
Sabah Azərbaycan Premyer Liqasında 1 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ” I turdan təxirə salınan matça çıxacaq. Həmin vaxt “Qarabağ” Avroliqada çıxış etdiyindən, oyun sonraya təxirə salındı. Ancaq fərq ondadır ki, komandalar həmin vaxt nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda yox, Bakıda başqa arenada görüşəcək. Çünki mərkəzi arenamız təmirə bağlandığından, “Neftçi” bir müddət ev oyunlarını İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək.
Bütün milli çempionatımızın iştirakçısı olan əzəli rəqiblərin oyunu tarixi derbi sayılır və həmişə böyük maraq kəsb edib. Bu dəfə də istisna olmayacaq və çempionluq uğrunda mübarizə aparan “Neftçi” ilə “Qarabağ” üçün 3 xal çox vacibdir. Axı bu, lider “Xəzər Lənkəran”la xal fərqini azaltmaq üçün şansdır. Bundan sonra Premyer Liqamızda daha təxirə salınan matç qalmayacaq və bütün komandaların oyun sayı (10) bərabərləşəcək.
Qalib komanda istənilən halda, “İnter”i 2-ci pillədən sıxışdırıb, özü bu mövqedə yer alacaq. “Qarabağ”a həmin yerə qalxmaq üçün heç-heçə də bəsdir. Çünki bu halda onun “İnter”lə xalları bərabərləşəcək və şəxsi oyunda qələbə ona üstünlük verir. Ağdamlıların “Neftçi”ni 1 xal qabaqladığını nəzərə alsaq, qələbə sayəsində fərqi 4-ə çatdıracaq və bu da ən əsas rəqiblərindən birindən xeyli öndə olmaq deməkdir. Bakılıların həm evdə oynamağı, həm də son 2 turda qalib gələ bilməməyi onu qələbəyə daha çox stimullaşdırır.
“Qarabağ”da bir vaxtlar “Neftçi”nin şərəfini qoruyanlar yetərincə olduğundan, sabiqlər üçün matç prinsipial əhəmiyyət kəsb edir. Komandanın baş məşqçisi Qurban Qurbanov həm “ağ-qaralar”da oynayıb, kapitanı olub, həm də sonradan onu çalışdırıb. Özü də 39 yaşlı Qurbanovun məşqçilikdə debütü məhz indiki rəqibində olub. O, “Neftçi”də 15 ay baş məşqçi olub və 2006/07 mövsümündə komandaya çempionatımızın gümüş medalını qazandırıb. “Neftçi”nin hazırkı çalışdırıcı Böyükağa Hacıyev isə həmin vaxt “Bakı”nın sükanı arxasında Qurbanovun komandasına rəqib olub və mövsümü ondan 1 pillə geridə başa vuraraq, bürünc medala sahib çıxıb.
25 oktyabr
15:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

0
0