“Qalatasaray” ilk qolunu “Neftçi”yə vuran futbolçunu alır
24.10.2011 - 17:48
“Qalatasaray”ın transfer etmək istədiyini növbəti futbolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Moskva MOİK-inin braziliyalı hücumçusu Vaqner Lavı hədəfə alıb. İstanbul klubunun rəhbərliyi qış “transfer pəncərəsi”ndə 27 yaşlı legioneri almaq fikrindədir. “Hərbçilər”in əsas qol ümidinə görə 16-20 milyon avro pul istəyəcəyi gözlənilir.
Klubun prezidenti Yevgeni Giner Vaqneri yaxın vaxtda satmağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Lava bir yerdə, qərib ölkədə 8 ildən sonra komandanı dəyişmək çoxdan lazımdır və buna görə legioneri buraxmağı düşünürlər.
Qeyd edək ki, Vaqner MOİK-də ilk qolunu 2004-cü ilin iyulunda Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə Moskvadakı cavab oyununda (2:0) vurub. Bu, onun ordu klubunda debütü idi.

0
0