“Neftçi”ni udmağın yolu
24.10.2011 - 23:02
“Neftçi”ni udmağın yolu
“Təəssüf ki, son zamanlar tez-tez zədələnirəm. Budəfəki zədə ciddi olmadı, artıq məşqlərimi bərpa etmişəm. Komanda ilə birgə məşqlərə başlamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirov deyib.

Ağdam təmsilçisi bu gün “Neftçi” ilə ilk turdan təxirə salınmış oyuna çıxacaq. Nadirov bildirib ki, komandası qələbənin yolunu bilir: “Güclü rəqiblə səfərdə oynayacağıq. Sözsüz ki, rəqibimiz yaxşı heyətə malikdir. Hücum xətində yaxşı futbolçular yer alıb. Düzdür, əsas məqsəd qələbədir, amma olmayan yerdə bir xal da pis nəticə deyil. Fikrimcə, səfərdə oynamağımıza baxmayaraq, bizim üstün cəhətlərimiz az deyil. Sürətli futbol oynamaqla, “Neftçi”ni məğlubiyyətə uğradarıq”.