“İnter”də pul davası
24.10.2011 - 23:06
“İnter”də pul davası
Premyer Liqanın daha bir komandasında maliyyə problemi yaranıb. Apasport.az saytının xəbərinə görə, az öncə “Turan”da yaranmış vəziyyət indi də “İnter”də yaşanır.

Belə ki, klub rəhbərliyi artıq 3 aya yaxındır futbolçuların maaşlarını verə bilmir. Bundan başqa, komanda üzvlərinə “Xəzər Lənkəran” və “Neftçi” ilə oyunlarda qazanılan qələbədən sonra vəd edilən mükafat da verilməyib. Bu səbəbdən bəzi futbolçularla komanda rəhbərliyi arasında narazılıq yaranıb. Onlar maaşlarının vaxtlı-vaxtında ödənilməsini tələb edirlər.

Xatırladaq ki, “İnter” rəhbərliyi apasport.az saytı da daxil olmaqla, bəzi portallarda yerləşdirdiyi reklam bannerlərinin də pulunu ödəməkdə çətinliklə üzləşib.