Adına layiq derbi - YENİLƏNİB
25.10.2011 - 15:48
Adına layiq derbi - YENİLƏNİB
Bu gün Premyer Liqanın ilk turundan təxirə salınan bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər “Neftçi” ilə “Qarabağ”ın Bakıdakı görüşündə adına layiq derbi izləyiblər.

Dramatik matç qonaqların futbolçusu Əfran İsmayılovun qısa müddətdə etdiyi dublu ilə başlasa da, meydan sahibləri əzmkar qələbə qazanmağı bacarıb. “Qarabağ”ın futbolçuları oyunda rəqibindən çox qol vursa da, meydanı məğlub tərk ediblər.

Çünki Ağdam klubunun albaniyalı müdafiəçisi Admir Teli topu rəqib yox, öz qapısına göndərib.

Bununla, “Neftçi” 2 turluq fasilədən sonra qalib gəldi və turnir cədvəlində “Qarabağ”ı qabaqlayıb, 2-ci pilləyə yüksəldi. İndi bütün komandaların oyun sayı bərabərləşdi və ilk dövrənin sonuna 1 tur qalmış lider “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Neftçi”ni 4 xal qabaqlayır.

“Qarabağ” isə bu məğlubiyyətdən sonra rəqibinin mövqeyinə, 4-cü pilləyə düşdü.

25 oktyabr

“NEFTÇİ” – “QARABAĞ” - 3:2
QOLLAR: Rəşad Abdullayev, 27; Admir Teli, 68 (öz qapısına); Flavinyo, 72 - Əfran İsmayılov, 4; 23
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 aKomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1072116-723
2Neftçi1061315-919
3İnter105328-618
4Qarabağ1052313-917
5Bakı1044211-816
6Qəbələ1043312-1115
7Rəvan1034313-1313
8Kəpəz1033415-1612
9Turan103168-1310
10AZAL1024411-1410
11Simurq102257-128
12Sumqayıt Şəhər100373-143