Azərbaycan yığması seçmə mərhələyə 3 xalla başladı
25.10.2011 - 19:13
Azərbaycan yığması (U-17) bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız mübarizə apardığı VII qrupun oyunlarını qəbul edən Xorvatiya ilə görüşüb.
Bu, millimizin Xorvatiya ilə 3-cü qarşılaşması olub. 2001-ci ildə rəqibinə 0:2 hesabı ilə uduzan futbolçularımız 2 il əvvəl eyni rəqibdən 3 cavabsız qol buraxmışdı. Millimiz 3-cü dueldə ilk 2 yenilginin qisasını almağı bacarıb. Hər hissədə 1 qol vuran komandamız seçmə mərhələyə qələbə ilə başlamağı bacarıb. Hesab 2:0 olandan sonra meydan sahiblərinin təsəlli qolu da heç nəyi dəyişməyib.
Qeyd edək ki, qrupumuzdakı digər oyunda Ukrayna Belçikanı məğlub edib – 2:0.
25 oktyabr
Xorvatiya – Azərbaycan - 1:2
QOLLAR: Marko Pyaça, 69 - Ruslan Nəsirli, 33; Orxan Əliyev, 53
Baş hakim: Andris Treymanis (Latviya)
Rovinj, Valbruna stadionu

0
0