Foqtsun yola getmədiyi futbolçu yerini əfsanəyə verdi
25.10.2011 - 15:11
Bolqarıstan yığmasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı Lotar Matteusu Bolqarıstan futbolunun əfsanələrindən olan Lüboslav Penev əvəzləyəcək.
Keçmiş hücumçu İspaniyada “Atletiko”, “Valensiya”, “Selta” klublarında çıxışı ilə tanınır. Penev yığmanın sükanı arxasına keçməyinə görə vətənində çalışdırdığı “Liteks” klubu ilə müqaviləni pozub. 45 yaşlı artıq Bolqarıstan Futbol Federasiyası ilə danışıqlara başlayıb və tərəflər demək olar razılığa gəlib.
Qeyd edək ki, Avro-2012-in seçmə mərhələsində yer aldığı G qrupunda sonuncu yeri tutmaqla, fiaskoya uğradı və Matteus istefaya göndərildi. O da bolqar xələfi kimi öz ölkəsinin futbol əfsanələrindən olub və Avro-96-ya hazırda millimizi çalışdıran Berti Foqtsla münaqişə üzündən aparılmamağı ilə yadda qalıb.

0
0