Yığmamızın oyunu canlı yayımda
25.10.2011 - 15:56
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Azərbaycan milli komandası ilk oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 18:30-da Xorvatiyanın Rovin şəhərindəki Valbruna stadionunda xorvatiyalı həmyaşıdları ilə qarşılaşacaq millimizin oyunu birbaşa yayımlanacaq. Futbolsevərlər görüşə affatv.az saytında canlı baxa bilərlər.
0
0